Modern.az

TQDK 20 rayon və şəhərdə 11-cilərə imtahan keçirəcək

TQDK 20 rayon və şəhərdə 11-cilərə imtahan keçirəcək

17 Aprel 2015, 20:30



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 11-ci sinifində təhsil alan şagirdlər üçün keçirilən monitorinq imtahanlarını yekunlaşdırıb.

Modern.az xəbər verir ki, növbəti monitorinq imtahanları 20 və 21 aprel tarixlərində regionlarda (Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) aparılacaq.

Məlumat üçün qeyd edək ki, imtahanların keçirilməsi üçün respublika üzrə Azərbaycan dili fənnindən 286 məktəb üzrə 16500, riyaziyyat fənnindən 243 məktəb üzrə 16534, fizika fənnindən 275 məktəb üzrə 15856 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə