Modern.az

Təhsil Nazirliyi: “Məktəblərdə Avropa Oyunları adı altında pul yığılırsa, hüquq-mühafizə orqanlarına müraciət edin”

Təhsil Nazirliyi: “Məktəblərdə Avropa Oyunları adı altında pul yığılırsa, hüquq-mühafizə orqanlarına müraciət edin”

18 Aprel 2015, 11:59


“Son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya şərhər gedir. Bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur”.

Modern.az-ın məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov deyib

Onun sözlərinə görə, hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman məsələ müzakirəyə çıxarılsın.

“Əgər belə hallar varsa, bu tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir.
Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-1 qaynar xəttinə və hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə