Aprelin 15-də Sumqayıt şəhərinin ərazisində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olan R.Qurbanovun istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar aprelin 16-da şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulub, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli tapança götürülüb.
Modern.az