Modern.az

Amerikalı səfirdən Azərbaycan və Ermənistana çağırış: “Əsir və girovları dəyişin”

Amerikalı səfirdən Azərbaycan və Ermənistana çağırış: “Əsir və girovları dəyişin”

18 Aprel 2015, 15:30


ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Azərbaycan və Ermənistan rəhbərliyinə müraciət edib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Vyana şəhərində ATƏT-in daimi şurasında iştirak edən səfir münaqişə tərəflərini Dağlıq Qarabağ münaqişəsi zamanı girov və  itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsinə səsləyib.

“ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Paris sammitində Qırmızı Xaç Komitəsinin himayəsi altında girov və itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsi barədə götürdüyü öhdəliklərini alqışlayır. Tərəfləri bu mübadilə üçün konkert addımlar atmağa və ATƏT-in Minsk qrupunun etimad yaratmaq üçün təklif etdiyi səyləri dəstəkləməyə çağırırıq”.

Daniel Baer prezidentlərin bu il görüşəcəyinə də ümid edib.

”Biz inanırıq ki, prezidentlər dialoqu bu il də davam etdirməklə bağlı öhdəlikləri yerinə yetirəcək və hərtərəfli sülhə gətirəcək razılaşmaya yaxınlaşacaqlar”.

ABŞ-ın ATƏT-dəki sədr ölkəsinin münaqişəni yalnız sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu xatırladıb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə