Modern.az

MSK heç bir müşahidəçiyə "yox" deməyib

MSK heç bir müşahidəçiyə "yox" deməyib

Təhsil

21 Sentyabr 2010, 18:28

Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim olunması davam edir. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Modern.az-a deyib ki, bu günə qədər 255 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşhaidə aparmaq arzusunda olduğunu bildirib. Bütün müraciətlərə müsbət cavab verilib.

Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 190-ı öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik muissiyasını həyata keçirəcəklər.  Bütün ölkə ərazisi üzrı müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək.

Hər hansı bir seçki dairəsinin ərazisində  müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə