Modern.az

Çingiz Qənizadə Qazaxıstanda prezident seçkilərini izləyəcək

Çingiz Qənizadə Qazaxıstanda prezident seçkilərini izləyəcək

Təhsil

24 Aprel 2015, 15:13

Milli Məclisin bir qrup deputatı Türkdilli Ölkələrin Parlamentlərarası Assambleyasının (TÜRKPA) xətti ilə aprelin 26-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Astanada səfərdədir.

Modern.az xəbər verir ki, 24-27 aprel tarixlərində Qazaxıstanda səfərdə olacaq parlament təmsilçilərimiz ölkənin paytaxtı Astanada seçkilərin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Millət vəkili, TÜRKPA-nın Hüquqi məsələlər komissiyasının üzvü Çingiz Qənizadə TÜRKPA-nın Beynəlxalq Müşahidə Missiyasına rəhbərlik edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə