Modern.az

Nərgiz Yaqublu dəfn olundu - FOTOLAR

Nərgiz Yaqublu dəfn olundu - FOTOLAR

25 Aprel 2015, 13:55

İki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vaxtsız vəfat etmiş əməkdaşımız, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun bu gün dəfn mərasimi keçirilir.

"Yeni Müsavat" ın reportyoru xəbər verir ki, Nərgiz Yaqublunu son mənzilə müşayiət edən izdiham Tofiq Yaqublunun Qaraçuxur qəsəbəsindəki evindən qəbristanlığa yola düşüb. Dəfn mərasimində yüzlərlə insan iştirak edir. Onların arasında milli-azadlıq hərəkatının liderləri, iştirakçıları, tanınmış simalar da var.

Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: "Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN".


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə