Modern.az

Prezident onun başına meyvə çırpan qadına ev verdi – VİDEO

Prezident onun başına meyvə çırpan qadına ev verdi – VİDEO

Təhsil

25 Aprel 2015, 14:02


Venesulea prezidenti Nikolas Maduro Ansoategi ştatında yeni nəqliyyat qovşağının açılışı zamsnı onun başına meyvə tullayan qadına ev hədiyyə edib.

Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, hadisə zamanı preziodentə atılan manqo meyvəsi avtobus sükanı arxasında olan Maduronun sol qulağına dəymişdi. İnsidenti törədən 54 yaşlı Marleni Olivo əhalinin kütləvi şəkildə evlə təmin olunması proqramı çərçivəsində mənzillə təmin olunacaq.

Nikolas Maduro Venesuela televiziyalarından birində qonaq olarkən başına meyvə atılmasına da toxunub.  

“Meyvənin üstündə “mənə zəng et” yazılmışdı. Onun mənzillə bağlı problemi var idi və mən göstəriş verdim ki, “əsas missiyamız – ev” proqramı çərçivəsimndə onu mənzill təmin etmək barədə göstəriş verdim”.

Yeni mənzil sahibi 54 yaşlı Marleni Olivo isə meyvəni prezidentə pis niyyətlə atmadığını deyib.

Modern.az həmin insident anının videosunu təqdim edir.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə