Modern.az

Türk ölkələrinin xarici işlər nazirləri görüşüb

Türk ölkələrinin xarici işlər nazirləri görüşüb

22 Sentyabr 2010, 11:42

BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu türk ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. 

Modern.az  GünAztv-yə istinadən bildirir ki, Nyu Yorkdakı “Türk evi”ndə həyata keçirilən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstan xarici işlər naziri Kanat Saudabayev, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev iştirak edib.

Hələlik görüşün detalları barədə açıqlama verilməyib. Əhməd Davudoğlu daha sonra Fələstinlilərə yardım və işin tapılması üzrə agentliyin komissarı Filippo Qrandi ilə görüşüb. Türkiyəli nazirin bu gün ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi, habelə Pakistan və Çinin xarici işlər nazirləri ilə görüşü gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə