Modern.az

İlham Əliyev ABŞ-da işgüzar səfərdədir

İlham Əliyev ABŞ-da işgüzar səfərdədir

23 Sentyabr 2010, 09:58

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstar ilə görüşüb. (AzərTAc)
Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə