Modern.az

ABŞ-la İran arasındakı gizli danışıqlar mediaya çıxdı

ABŞ-la İran arasındakı gizli danışıqlar mediaya çıxdı

23 Sentyabr 2010, 12:23

ABŞ və İran qeyri-rəsmi diplomatik münasibətlərin qurulması istiqamətində gizli danışıqlara başlayıb. Bu barədə «Qaareç» qəzeti naməlum mənbəyə istinadən məlumat yayımlayıb. Modern.az-ın qəzetə istinadən verdiyi məlumata görə danışıqlar hər iki ölkənin yüksək çinli məmurlarının iştirakı ilə BMT-in Nyu-Yorkdakı qərargahında aparılır. Həmçinin xəbərdə göstərilir ki, təklif ABŞ tərəfindən gəlib. İran isə öz növbəsində ABŞ-dan casusluqda ittiham olunaraq bir ilə yaxın İranda həbsdə olan amerikan turisti Sara Şurdun azad edilməsi müqabilində «mükafatlandırmasını» tələb edib.

Məlumatda o da bildirilir ki, gizli danışıqlarda İran tərəfindən iştirak edənlər prezident Mahmud Əhmədinejatın yaxın ətrafına aid olanlardır. Onlar BMT-nin iclasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.   Qeyd edək ki, ötən həftə İran prezidenti ABŞ-da həbsdə olan bir neçə İran vətəndaşının buraxılmasının Şurdun azadlığı müqabilində təşəkkür ola biləcəyini bildirmişdi. İran mövzusu ilə əlaqədar son bəyanatlarında ABŞ prezidenti Barak Obama vəziyyətin diplomatik yolla həll olunmasını dilə gətirmişdi.

Vaşiqton İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin sülh yolu ilə həll olunmasına tərəfdan olduğunu bildirir. Amma dünya dövlətləri Tehranın bu proqramın icrası nəticəsində nüvə silahı əldə etmək niyyətinin olduğunu ehtimal edirlər.          

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə