Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov “Belarusda ölüm hökmünün ləğv edilməsi yolları” mövzusunda dəyirmi masada iştirak etmək üçün sentyabrın 23-də Minskə yola düşəcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Avropa Şurasının təşkilatçılığı ilə keçiriləcək bu tədbirdə qurumun insan hüquqları sahəsində rəhbər şəxsləri, mütəxəssisləri ilə yanaşı, Belarus Parlamentinin, Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.