İraq Şam İslam Dövlətinin (İŞİD) 71 yaraqlısı hücumlara hazırlıq məqsədilə ABŞ-a gedib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda İŞİD qruplaşması özü məlumat yayıb. Qruplaşma üzvlərinin yaydığı məlumata görə, ABŞ-ın 15 müxtəlif ştatında İŞİD-in hazırlıq keçən 71 yaraqlısı var və onlar hücum üçün əmr gözləyirlər.
ABŞ Dövlət Departamenti İŞİD qruplaşmasının 4 yaraqlısı barədə informasiya verən şəxsin 20 milyon dollar dəyərində mükafatlandırılacağını elan edib. Bunlar qruplaşmanın əsas fiqurları hesab olunurlar. Digər məlumata görə, Abd əl-Rəhman Mustafa əl-Kaduli haqda məlumat verən 7 milyon, Abu Məhəmməd əl-Adnani və Taymurazoviçe Batiraşvili haqda məlumat verən 5 milyon, Tarik ben əl-Tahar ben əl Falihe əl-Avni əl Xarzi barədə məlumat verən isə 3 milyon dollar mükafatlandırılacaq.
Modern.az