Modern.az

Akademiyada yeni TƏYİNATLAR - İki deputata yeni vəzifə verildi

Akademiyada yeni TƏYİNATLAR - İki deputata yeni vəzifə verildi

Təhsil

6 May 2015, 13:12


Azərbaycan Milli Elmlər Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağında bir sıra təyinatlar baş tutub. Təyinatlar əsasən,  bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinləri postlarında həyata keçirilib

Səsvermə yolu ilə Humanitar və İctimai Elmlər bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinlərinin seçkisi keçirilib.

Modern.az xəbər verir ki, səsverməyə əsasən, akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva,Yaqub Mahmudov, Şahbaz Muradov, Məsumə Məlikova İctimai Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev isə bölmənin akademik-katibinin müavini seçiliblər.

Həmçinin səsvermə nəticəsində akademiklər Tofiq Hacıyev, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Muxtar İmanov, Əliyar Səfərli, Ərtegin Salamzadə, Möhsün Nağısoylu Humanitar Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə bölmənin akademik-katibinin müavini seçiliblər.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat