Modern.az

“Yas mərasimlərində israfçılığın olmamasına cəmiyyət özü nəzarət etməlidir”

 “Yas mərasimlərində israfçılığın olmamasına cəmiyyət özü nəzarət etməlidir”

Təhsil

6 May 2015, 14:37


Dəbdəbəli, israfşılıqla müşayiət olunan yas mərasimləri cəmiyyətdə böyük narazılıqla qarşılansa da, hələ də belə mərasimlərə kifayət qədər geniş formada rast gəlinir. Bir müddət əvvəl sözügedən məsələ ilə bağlı aparılan təbliğat nəticəsində yas mərasimlərində isrfaçılığın hökm sürməsi kimi zərərli və dinimizə zidd olan vərdişlər bir müddət arxa plana keçdi. Amma son proseslər bu məsələdə vəziyyətin hələ də düzəlmədiyini göstərir. 

Millət vəkili Fərəc Quliyev mövcud problemin cəmiyyət tərəfindən tənzimlənməli olduğunu düşünür: "Elə məsələlər olur ki, onu dövlət tənzimləmir. Elə məqamlar var ki, onu sənaye resursları ilə tənzimləmək mümkün olmur. Məsələn, bir vaxt deyirdilər ki, ozon qatı deşilir, sonra təbiət özü onu tənzimlədi. Adət-ənənə məsələlərində də elə məsələlər var ki, ona dövlətin müdaxiləsi ya mümkün, ya da uyğun deyil. Yas mərasimlərində israfçılığın baş alıb getməsi kimi məsələləri cəmiyyət özü tənzimləməlidir. Arada bu mərasimlərdə israfçılığa son qoyuldu ki, bu da yaxşı bir ənənə idi. Amma təəssüf ki, yenidən əvvəlki davranış tərzinin ortalıqda olduğunu müşahidə edirik.

Düşünürəm ki, din adamları tərəfindən, televiziyalar və kütləvi informasiya vasitələrində yas mərasimlərində israfçılığa qarşı mübarizə məsələsinin daha çox təbliğ olunması, məhəllə ağsaqqalları, ictimai rəy liderlərinin məsələyə münasibət bildirməsi lazımdır. Amma prosesin dövlət tərəfindən tənzimlənməsi mümkün deyil. Bəzən millət vəkillərindən də yas və toy mərasimlərini tənzimləmək üçün qanunlar qəbul etməyi xahiş edirlər. Lakin düşünürəm ki, həmin mənfi halı cəmiyyət özü tənzimləməlidir. Bunun başqa yolu yoxdur. Bu istiqamətdə millət vəkilləri, vəzifəli şəxslər, ictimaiyyətlə işləyən bütün adamlar nümunə göstərməlidirlər ki, əhali də onlara baxıb sərgilədikləri israfçılığa son qoysunlar. Amma bütün hallarda məsələnin həllini cəmiyyətin öhdəsinə buraxmaq lazımdır”.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat