Modern.az

Ramil Usubov polis veteranlarla görüşdü

Ramil Usubov polis veteranlarla görüşdü

6 May 2015, 18:01



Faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan polis veteranları  ilə görüşüb.

Nazir bu əlamətdar tarixin hər yerdə yüksək səviyyədə qeyd olunduğunu bildirib, müharibə illərində həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından danışıb, məhz mərhum prezident Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra 9 Mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza hər cür diqqət və qayğı göstərildiyini vurğulayib.

Daxili işlər naziri əlamətdar bayram münasibətilə veteranları ürəkdən təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını bildirib. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının unudulmayacağını qeyd edib. 

Nazir con illər möhtərəm Prezidentimizin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində böyük quruculuq işlərinin görüldüyünü xatırladıb, eyni zamanda, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin əyani göstəricisi olduğunu vurğulayıb. General-polkovnik Ramil Usubov sözügedən tədbirin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulan bütün məsul vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

İstefada olan milis polkovniki Müseyib İlyasov iştirakçılar adından çıxış edərək bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.                                                                 


Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat