Modern.az

Oteldə qadınların ağlaması üçün xüsusi otaq olacaq

Oteldə qadınların ağlaması üçün xüsusi otaq olacaq

Təhsil

6 May 2015, 22:45


Tokionun Sindzyuku rayonunda yerləşən Mitsui Garden Yotsuya otelində qadınlar  üçün xüsusi “ağlamaq nömrəsi”  ayrılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu, qonaqların rahatlıqla öz hisslərinə sərbəstlik verə bilməsi üçün yaradılıb.

Otelin rəhbərliyi qeyd edib ki, belə nömrələr qadınlara stresslərini atmaq, yaxud istənilən emosional vəziyyətdən çıxış üçün kömək edəcək. “Ağlamaq otağı”nda dəbdəbəli salfetlərlə təmin olunub ki, bu da qadınlara göz yaşlarını silməyə yardımçı olacaq və növbəti gün səhər yuxudan duranda gözlərinin şişməməsi ilə nəticələnəcək.

Bu otaqda qalmaq istəyənlər bir gecə üçün 10 min yen (83 dollara yaxın) haqq ödəyəcəklər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat