Modern.az

Gürcü direktor BDU-ya gəldi

Gürcü direktor BDU-ya gəldi

7 May 2015, 13:33

Gürcüstan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Apollon Silaqadze və həmin institutun elmi katibi Nino Ecibadze Bakı Dövlət Universitetində olub.

BDU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  qonaqları salamlayan rektor Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib,  tarixi, beynəlxalq əlaqələri, ikitərəfli əməkdaşlıq proqramları, xarici universitetlər və assosiasiyalarla birlikdə görülən işlərdən  bəhs edib. 

Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizovun da iştirak etdiyi görüşdə ikitərəfli əlaqələrin qurulması, əməkdaşlıq müqaviləsinin bağlanması kimi məsələlər müzakirə olunub.

Sonda rektor Abel Məhərrəmov qonaqlara xatirə hədiyyələri təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat