Modern.az

“Aşıq Şəmşir” Mədəniyyət Ocağında gəncəlrə Heydər Əliyev irsindən danışıldı

“Aşıq Şəmşir” Mədəniyyət Ocağında gəncəlrə Heydər Əliyev irsindən danışıldı

7 May 2015, 21:00


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsində  Heydər  Əliyev  irsinin rolu” mövzusunda tədbir keçirib.

İlk öncə tədbir iştirakçıları Aşıq Şəmşrin Heydər Əliyevə həsr olunmuş “Zərli tac kamallı başa yaraşır” şerləri əsasında hazırlanmış videoçarxa baxdılar. 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi  xidmətləri olan  Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tarixində müstəsna yer tutur.

Professor Şahlar Əsgərov: “Ulu öndər Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Bu gün Azərbaycan xalqının, eləcə də, Türk dünyasının milli sərvəti olan Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliği ən vacib məsələlərdən biridir. Bu zəngin xəzinənin milli-mənəvi və bəşəri dəyərlərinin xalqa, xüsusən də, gələcək nəsillərə yetərincə çatdırılması qarşımızda duran ən vacib və əhəmiyyətli vəzifədir. Bu həqiqəti Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycanın vətəndaşı olan hər bir şəxs, xüsusən, gənc nəsil layiqincə dərk etməlidir”.

Millət vəkili Fəzail Ağamalı: “Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, bütün varlığı ilə vətəninə, onun insanlarına bağlıdır”

Professor Məhərrəm Qasımlı: “Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik”.

Professor Abuzər Xələfov: “Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün Ulu öndər  Heydər Əliyevə borcluyuq. Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası məhz 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.1993-cü ildə xalqımızın təkidli tələbi, xilaskar missiyası ilə Azərbaycana qayıdan Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi”.

Digər cıxış edənlər də Heydər Əliyevin zəngin irsi  barədə gənclərə məlumat veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat