Modern.az

NİSSAN-dan Bahreyn Formula Bir Qran-Prisinə dəstək

NİSSAN-dan Bahreyn Formula Bir Qran-Prisinə dəstək

7 May 2015, 16:27


Bahreyn Qran-Prisində İnfiniti-nin RedBull Yarış Komandasını NİSSAN-ın Yüngül Ticari Maşınları dəstəkləyir.

Bahreyn Formula Bir Qran-Prisində Nissan ümumilikdə 8 ədəd Nissan URVAN maşınını təqdim edib. Artıq dördüncü ildir ki, Nissan-ın Yüngül Ticari Avtomobilləri (LCV) Formula Bir Dünya Çempionatında RedBull Yarış komandasını dəstəkləyir. Bu il Nissan Bahreyn Formula Bir Qran-Prisi üçün 8 ədəd Nissan Urvan təqdim edib.

“Nissan daha bir il İnfiniti RedBull Yarış Komandasını dəstəkləyəcəyini elan etməyə şaddır. LCV seqmentində son nəticələrə görə Nissan Urvan-ın keçən il ilə müqayisədə Fars körfəzi ölkələrində 24% yüksəlişlə avtomobillərimizin pərakəndə satışlarında əhəmiyyətli yüksəliş müşahidə edirik.

Regionda avtopark maşınlarımız haqqında davamlı olaraq məlumatlılığı genişləndiririk və bu tədbir onların nəyə qadir olduqlarını nümayiş etdirməyin ən yaxşı yoludur”, deyə Nissan-ın Yaxın Şərq üzrə Direktoru Samir Cherfan bildirib. 2013-cü ilin iyul ayında Nissan Urvan-ın təqdimatından sonra o, körfəz ölkələrində həm iri, həm də kiçik bizneslər üçün malların daşınmasında seçilən avtomobil olduğunu nümayiş etdirib.

“Nissan LCV ilə bu tərəfdaşlıq komandamız üçün çox faydalı olmuşdur və düzgün ticarəti avtomobil partnyoru ilə işləmənin dəyərini nümayiş etdirmişdir, “Qarşılaşdığımız ən iri çətinliklərdən biri insanlar və avadanlığın daşınmasında logistika baxımından mürəkkəb əməliyyatların idarə edilməsidir və 2015-ci ildə də Nissan LCV ilə işləməyə davam edəcəyimizi məmnuniyyətlə bildiririk” deyə RedBull Yarışında İnfiniti Komandasının Rəhbəri Kristian Horner bildirib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat