Ukrayna prezidenti Pyotr Poroşenko sahibi olduğu “Roshen” şirniyyat korporasiyasını satmaq istəyir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki. “Roschen”i almağa niyyətli olan yeganə namizəd İsveçrənin “Nestle” şirkətidir. Lakin isveçrəlilərin təklif etdiyi 1 milyard dollarlıq təklif Poroşenkonu razı salmayıb. O, şirkətini 3 milyard dollardan ucuz qiymətə satmayacağını elan edib.
“Şirkəti 1 milyard dollara satmaq ehtimalımız demək olar ki, yoxdur” - deyə “Roschen”nin baş direktoru Vyaçeslav Moskalevski bildirib.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkin “danışıqlar davam edir” - deməklə kifayətlənib.
Bundan öncə, Poroşenko investor tapa bilməyəcəyi halda, “Roshen”i şirkətin menecerlərinə satacağını demişdi. Şirkət üçün “Rothscild” investisiya kompaniyası müştəri axtarır.
Modern.az