Modern.az

AXCP-nin qurultayı keçirilir

AXCP-nin qurultayı keçirilir

25 Sentyabr 2010, 12:34

Bu gün saat 11.00 radələrində metronun "Qara Qarayev" stansiyasının yaxınlığındakı “Təbriz” kinoteatrında AXCP-nin qurultayı öz işinə başlayıb.
AXCP-dən Modern.az-a verilən məlumata görə, qurultaya 526 nümayəndə seçilib. Qurultaya qonaq qismində dəvət olunan yerli ictimaiyyət nümayəndələri və  diplomatik korpus təmsilçilərinin də qatıldığı bildirilir.
AXCP sədri Əli Kərimli qurultaya hazırlıqla bağlı məlumat verib. Bundan sonra AXCP-nin V (VIII) qurultayı dövlət himninin səslənməsi ilə açıq elan olunub.
Daha sonra qurultayı idarə etmək üçün Əli Kərimli, Həsən Kərimov və Gözəl Bayramlı olmaqla 3 nəfərdən ibarət sədarət, eləcə də say, mandat və redaksiya komissiyası seçilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə