Ermənistan ordusunda növbəti bədəbəxt hadisə baş verib. Modern.az saytı “Armenia Today”a istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 25-də saat 22.00 radələrində ölkənin şimal-şərq sərhəddində yerləşən N saylı hərbi hissədə qeydə alınıb.
Məlumata görə, əsgərlərdən birinin silahla ehtiyatsız davranması nəticəsində açılan atəş 1991-ci il təvəllüdlü sıravi Artur Mxitaryanı ölümcül yaralayıb. Faktla əlaqədar araşdırma aparıldığı bildirilir.
Modern.az