Sentyabrın 25-də İsveçrənin ən böyük şəhəri olan Sürixin mərkəzi küçələrinin birində Güney Azərbaycan İstiqlal Partiyasının üzvlərinin təşkil etdiyi növbəti sərgi baş tutub. Bu barədə Modern.az-a soydaşımız Nicat Novruzov məlumat verib. Sərgidə hazirki İran dövlətinin öz yurd-yuvalarinda yaşayan azəri türklərinə qarşı necə amansız siyasət yeritməsini göstərən fotolar və xarici dillərə tərcümə edilmiş şüarlar nümayiş etdirilib. Daha çox İrandakı mitinqlərdə döyülən, yaralanan soydaşlarımızı və əsgərlərin insanlara qarşı acımasızlığını göstərən fotoların, İrandakı mövcud rejimə qarşı hazırlanmış şüarların yer aldığı sərgidə təşkilatçılar tərəfindən maraqlananlara geniş bilgilər də verilib.
Havanin yağmurlu olması da sərginin nümayişini əngəlləməyib.Ümumiyyətlə, sərgiyə şəhər sakinləri tərəfindən böyük maraq göstərilib. Azəri əsilli qadın jurnalist Sakinənin haqqında çıxarılan ölüm hökmünə qarşı hiddətli etirazlar səsləndirilib.
Qeyd etmək lazımdır ki, sərgiyə Quzey Azərbaycandan olan soydaşlarımız da qatılıb, hər ayda bir və ya iki dəfə təşkil olunan sərgilərdə iştirak edən quzeyli azərbaycanlılar hər zaman biri-birinin yanında olmalarının vacibliyini vurğulayıblar. 4 saat davam edən sərginin sonunda iştirakçılar İsveçrədə yaşayan bütun Azərbaycan türklərinin bir araya gəlməsi üçün çalışmalara
başlamaq qərarına gəliblər. Növbəti sərgidə daha çox iştirakçının olması gözlənilir.
Modern.az