Modern.az

ATƏT Azərbaycana ən böyük müşahidə missiyası ilə gəlir: 480 nəfər!

ATƏT Azərbaycana ən böyük müşahidə missiyası ilə gəlir: 480 nəfər!

27 Sentyabr 2010, 13:50

Parlament seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlardan müşahidə missiyalarının Azərbaycana səfəri başlayır

Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov  ATƏT-in Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə missiyası yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən məlumat daxil olub.

Ən böyük müşahidə missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosundan olacaq. Bu təşkilatdan 30 uzunmüddətli və 450 qısamüddətli müşahidəçi gələcək. Artıq onların bir qrupu Azərbaycandadır və yaxın günlərdə fəaliyyətə başlayacaq. Qısamüddətli müşahidəçi qrupu isə oktyabrın sonunda Bakıya gələcək.

MSK rəsmisinin sözlərinə görə, ATƏT-in seçkiləri uzunmüddətli müşahidə missiyası qrup halında respublikanın ayrı-ayrı bölgələrindəki seçkiyə hazırlıq prosesini müşahidə edəcəklər. Qısamüddətli müşahidə missiyası isə seçki günü səsverməni, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini izləyəcək.
Bundan başqa, seçkiləri müşahidə etmək üçün Avropa Şurasından da nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. MDB-nin 400 nəfərədək müşahidə missiyası isə oktyabrın ortalarında Bakıya gələcək.
R.Qasımov bildirib ki, Seçki Məcəlləsinə görə, səsvermə gününə 10 gün qalmışadək həm yerli, həm də beynəlxalq müşahidəçilər ölkə miqyasında müşahidə aparmaq üçün MSK-ya müraciət etməlidirlər. Seçki dairələri ərazisində isə prosesi izləmək üçün səsverməyə 5 gün qalmışadək müraciət olunmalıdır.
Azərbaycanın müvafiq dövlət qurumları parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara artıq dəvət göndərib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə