Modern.az

Prezidentlər birgə bəyanatla çıxış ediblər

Prezidentlər birgə bəyanatla çıxış ediblər

27 Sentyabr 2010, 20:56

Sentyabrın 27-də Özbəkistana səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovla əvvəlcə təkbək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. (AzərTAc)
Geniş tərkibdə görüşdən sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olub.
İlham Əliyev və İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Özbəkistan parlamentinin yuxarı palatası – Senatın binası ilə tanış olub.  
Özbəkistan dövlətinin başçısı İslam Kərimov Prezident İlham Əliyevə milli və müasir üslubları özündə birləşdirən bina haqqında məlumat verib. Bina 3 il əvvəl inşa olunub. Özbəkistan parlamenti senatının 100 üzvü var. Ali Məclisin qəbul etdiyi qanunlar Senatda bəyənildikdən sonra təsdiqlənmək üçün ölkə başçısına göndərilir.
Prezident İlham Əliyev burada senatorlara yaradılan iş şəraiti ilə tanış olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə