Modern.az

Moskva merinin 18 illik hakimiyyətinə son verildi

Moskva merinin 18 illik hakimiyyətinə son verildi

28 Sentyabr 2010, 10:05

Moskva meri Yuri Lujkovun çoxdandır istefaya göndəriləcəyi barədə yayılan məlumatlar nəhayət rəsmi təsdiqini tapdı.
Modern.az-ın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev Yuri Lujkovu istefaya göndərib.
Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, D.Medvedev “Moskva merinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında” fərman imzalayıb.

Y.Lujkov 18 il idi ki, Moskvanın meri postunu tuturdu. 

Prezident D.Medvedev Moskva merinin birinci müavini Vladimir Resini hələlik müvəqqəti olaraq mer səlahiyyətlərin müvəqqəti icraçısı təyin edib.

Qeyd edək ki, Lujkov könüllü istefa verməyəcəyini bəyan etmişdi. O, ailəsi ilə birgə Avstriyadan bir həftəlik istirahətdən dünən qayıdaraq işə çıxmışdı. Məzumiyyətin ardından 1-ci iş günündə Lujkovun prezidentin fərmanından şoka düşdüyü bildirlir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə