MBASK Sığorta Şirkəti “Mazda 6” avtomobilinin sığortaçısına 8 845 AZN məbləğində iri sığorta ödənişi həyata keçirib.
Şirkətdən Modern.az-a verilən məlumata görə, cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 2 360 422 AZN-dən artıq məbləğdə ödəniş həyata keçirib, bunlardan 1 606 985 AZN-dən çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.