Modern.az

Dünya bu türkün arxasınca düşüb

Dünya bu türkün arxasınca düşüb

29 Sentyabr 2010, 16:53

Modern.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumatına görə, Delgeç adlı bir türk öz-özünə elektrik enerjisi yaradan cihaz ixtira etməklə bütün dünyada məşhurlaşıb.

Hər hansı bir maddə və yanacaqdan istifadə olunmadan elektrik enerjisi istehsal edən cihazın yaradıcısı Türkiyənin Ağrı əyalətinin sakinidir. Cihaz sadəcə iki akummulyator vastəsiilə hərəkətə keçir və öz-özünə işləyir.

Az müddətdə bütün dünyaya səs salan bu cihaz üçün Hindistan, İsveç, Rusiya və Almaniya hərəkətə keçib. Bu ölkələrin nümayəndələri sözügedən cihazın detallarını ələ keçirmək və onu öz ölkələrində tətbiq eləmək üçün Türkiyəyə gəliblər.

İxtiraçının sözlərinə görə o, 3 ilə düzəltdiyi cihaza 600 min dollar xərcləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə