Modern.az

İlham Əliyev xarici səfirlərin etimadnaməsini qəbul edib

İlham Əliyev xarici səfirlərin etimadnaməsini qəbul edib

29 Sentyabr 2010, 19:17

Prezident İlham Əliyev sentyabrın 29-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberqin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Erling Şönsberq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib
Dövlət başçısı ölkəmizin Norveç Krallığı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini vurğulayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra Norveçin ölkəmizlə ilk dəfə fəal əməkdaşlıq həyata keçirdiyini bildirib. Norveçin “Statoyl” şirkətinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin səmərəli iş görmələri üçün yaxşı investisiya mühitinin olduğunu deyib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Erling Şönsberq ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini deyib.
Səfir Norveç hökumətinin Azərbaycan ilə dostluq əlaqələrinin bundan sonra da qorunub saxlanılması və münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellenin də etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Herbert Kvellen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud münasibətlərin bundan sonra daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Herbert Kvellen ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafına, o cümlədən enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini deyib. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsi və sürətlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Prezidenti İlham Əliyev Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Hardiys Baumanis etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Xalqlarımız arasında yaxın və səmimi münasibətlərin olduğunu deyən dövlət başçısı Azərbaycanda Latviyanın yaxşı tanındığını deyib. Əlaqələrimizin inkişafından danışan Prezident İlham Əliyev yaxın illərdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Bu yaxınlarda Latviyanın sabiq dövlət başçısı Vayra Vike- Freyberqanın ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev xanım Vayra Vike-Freyberqa ilə bundan əvvəlki səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladıb.
Hardiys Baumanis Latviyanın sabiq Prezidenti Vayra Vike- Freyberqanın ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini və Azərbaycandan yaxşı təəssüratlarla ayrıldığını deyib. Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraqlı olduğunu vurğulayan səfir dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyətini qeyd edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə