Modern.az

Üç günlük hava proqnozu: oktyabr ayı istilərlə başlayır

Üç günlük hava proqnozu: oktyabr ayı istilərlə başlayır

Təhsil

30 Sentyabr 2010, 14:34

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-20, gündüz 27-30 dərəcə isti təşkil edəcək.

Oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyinin əsəcəyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacağı, yarımadanın bəzi yerlərində güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 17-20, günün birinci yarısında 27-31, axşam 23-25 dərəcə isti təşkil edəcək.
Oktyabrın 2-də hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal küləyinin əsəcəyi, axşama doğru arabir güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 16-19, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 18-21, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Oktyabrın 1-2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin 01-02-də axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin əsəcəyi, 01-də ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var.Havanın temperaturu gecə 18-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 21-26 dərəcə isti olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə