Modern.az

İlham İsmayılovun namizədliyi qeydə alındı

İlham İsmayılovun namizədliyi qeydə alındı

30 Sentyabr 2010, 16:24

Sentyabrın 30-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılovun 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyası Seçkilər İnformasiya Mərkəzinin saytında bu məlumat öz əksini tapıb.

İlham İsmayılov 20 sentyabr 2010-cu il tarixində rəsmi olaraq namizədliyini irəli sürərək imza vərəqələrini almış, 25 sentyabr 2010-cu ildə isə imza vərəqələrini təhvil vermişdi.

Bu dairədəki iddialı namizədlərdən biri də Ana Vətən Partiyasının sədri Fəzail ağamalıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə