Modern.az

Fuad Muradovun deputatlığa namizədliyi təsdiqləndi

Fuad Muradovun deputatlığa namizədliyi təsdiqləndi

30 Sentyabr 2010, 20:16

29 saylı Səbail seçki dairəsini Milli Məclisdə təmsil edən millət vəkili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov yenidən deputatlığa namizədliyini buradan irəli sürüb. F.Muradov bir neçə gün öncə imza vərəqələrini DSK-ya təhvil vermişdi. Bu gün isə komissiya F.Muraduvu deputatlığa namizəd kimi təsdiqləyib. Bu barədə Modern.az-a millət vəkilinin özü məlumat verib.

F.Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir.
Evlidir, 2 övladı var.

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə