Modern.az

Faiq Ağayev bu gün Kliniki Tibbi Mərkəzin qarşısında görüş keçirəcək

Faiq Ağayev bu gün Kliniki Tibbi Mərkəzin qarşısında görüş keçirəcək

1 Oktyabr 2010, 10:16

Bir neçə gün öncə bıçaqlanaraq xəstəxanaya düşən xalq artisti Faiq Ağayevin bu gün bəyanatı yayılıb. Bəyanatda deyilir.

"Mən bu dəhşətli hadisə başıma gələndən bəri, bu günlər ərzində mənə görə narahat olan, saatlarını, günlərini xəstəxananın qarşısında xəbər gözləyərək keçirən, Allaha sağalmağım üçün dua edən, fanatlarım, dostlarım, KİV nümayəndələrinə minnətdarlığımı bildirirəm. Hər birinizin qarşısında baş əyirəm.

Söz verdiyim kimi həkimlər icazə verən kimi sizinlə görüşmək istəyirəm. Hər birinizə çox sağ olumu bildirmək üçün bu gün saat 17:00-da Sizləri Kliniki Tibbi Mərkəzin qarşısında gözləyəcəm. Sizin Faiq Ağayev".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə