Modern.az

Latviyada parlament seçkiləri: 350 min rusdilli səs verə bilməyəcək

Latviyada parlament seçkiləri: 350 min rusdilli səs verə bilməyəcək

2 Oktyabr 2010, 12:57

Latviya Seyminə növbəti seçkilər bu gün başlayıb. Modern.az-ın RİA Novesti-yə istinadən verdiyi məlumata görə ölkə ərazisində və respublikadan kənarda olan 1013 seçki məntəqəsi səhər saat 7:00-da seçicilərin üzünə açılıb. Seçkilərdə Latviyanın 1,5 milyon seçki hüququ olan vətəndaşı iştirak edə bilər.
Məlumata görə ölkə ərazisində yaşayan 350 min rusdilli sakin səs vermək hüququndan məhrum edilib. Parlamentdə fəaliyyət göstərmək üçün 13 siyasi partiya seçicilərin minimum 5 % səsini qazanmalıdır.
Qeyd edək ki, Latviya parlamentinə 100 deputat seçilməlidir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə