Modern.az

Ermənilər arxayındırlar ki, Azərbaycanın başı seçkiyə qarışıb

Ermənilər arxayındırlar ki, Azərbaycanın başı seçkiyə qarışıb

2 Oktyabr 2010, 13:23

 Ermənistan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasına qatılacaq erməni deputatlara yazılı göstəriş verib. Modern.az-ın «Jmanak» qəzetinə istinadən verdiyi məlumata görə, yazılı göstərişdə bir sıra məqamlara toxunulub. Qəzetin yazdığına görə, erməni deputatlara göstərişdə bildirlib ki, Azərbaycanın başı parlament seçkilərinə qarışıb, ona görə də Qarabağ məsələsinin AŞ PA-nın payız sessiyasında qaldırılmayacağından arxayın olmaq olar. Həmçinin Ermənistanla bağlı hər hansı kəskin qərarın verilməyəcəyi də qeyd olunub. Qəzet bu xəbərin şərhində maraqlı mövqe açıqlayır. «Azərbaycanın başı seçkilərə qarışıbsa, Ermənistan XİN-i yatmalıdırmı..?»

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə