Modern.az

Türkiyədə növbəti parlament seçkilərinə qeyri-rəsmi start verilib

Türkiyədə növbəti parlament seçkilərinə qeyri-rəsmi start verilib

4 Oktyabr 2010, 09:55

Türkiyədə gələn il keçiriləcək parlament seçkilərinin vaxtı məlum olub. Baş nazir Rəcəb Tayyib Ərdoğan seçkiləri iyun ayının ilk həftəsində keçirməyi planlaşdırdıqlarını bildirib. Türkiyədəki bəzi müşahidəçilər isə seçki kampaniyasının, qeyri-rəsmi də olsa, artıq başlandığını bildirirlər.
BBC-nin məlumatına göpə, Milliyyətçi Hərəkat Partiyasının ötən həftə Ermənistan sərhəddinə getməsi və oradan Ankara və Yerevan əleyhinə sərt bəyanatlar verməsini müşahidəçilər, məhz seçkiqabağı kampaniyanın startı kimi qiymətləndirirlər.

 

Lideri olduğu AK Partiyanın İstanbul təşkilatının toplantısında çıxış edən Ərdoğan bildirib ki, mart ayına qədər bütün ilkin hazırlıqlar başa çatmalıdır. Baş nazir qeyd edib ki, mart ayının əvvəlindən etibarən partiya öz namizədlərini müəyyənləşdirməyə başlayacaq.

 

 

Baxçalı partiya fəalları ilə birlikdə Ermənistanla sərhəddəki Ani məsçidində cümə namazı qılıb.

 

Dövlət Baxçalının bunun üçün Anadolunun türklər tərəfindən fəthinin başlanğıcını simvolizə edən və 936 il əvvəl kilsədən məsçidə çevrilən ibadətgahı seçməsi ölkədə kifayət qədər ciddi rezonans yaradıb.
Hakimiyyətin Ernənistanla yaxınlaşma siyasətinin Azərbaycanı küsdürdüyünü bəyan edən Baxçalı, Yerevanı bölgədə sülhün yaranmasını əngəlləməkdə ittiham edib.

 

Dövlət Baxçalı və partiya fəalları sərhəd bölgəsində “canlı sədd” yaradaraq, Türkiyə-Ermənistan sərhədlərinin açılmaması ilə bağlı mövqelərinin qəti olduğunu nümayiş etdiriblər.

 

Hakimiyyət nümayəndələri isə Baxçalının hərəkətlərini şou yaratmaq cəhdi kimi qiymətləndiriblər.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə