Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Böyük Briyaniyanın Mühafizəkarlar Partiyasının qurultayında iştirak etmət üçün Londona gedib. Bu barədə Modern.az saytına partiyanın mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədov bu qurultayda Mühafizəkarlar Partiyasının rəhbərləri ilə görüşəcək. İngiltərənin yeni hakimiyyətinin bütün təmsilçiləri bu qurultayda iştirak edirlər. Qurultay sabah işinə yekun vuracaq.
AMİP lideri qurultay çərçivəsində İngiltərənin xarici işlər naziri Vilyam Haaqa ilə göürəcək. Bu görüşdə Azərbaycandakı seçkiqabağı durum və ölkə ilə bağlı məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Böyük Britaniyada bu il keçirilən seçkilər nəticəsində İngiltərənin Mühafizəkarlar Partiyası hakimiyyətə gəlib. Beynəlxalq Demokratik İttifaqın rəsmi üzvü olan AMİP bu qurumda İngiltərənin Mühafizəkarlar Partiyası ilə müttəfiqdir.
Modern.az