Ermənistan hakimiyyəti S-300 zenit raket kompleksini ABŞ və Böyük Britaniyadan olan məsləhət qrupuna təqdim edib. Adıçəkilən qrup Ermənistanın hərbi strategiyası ilə bağlı məsləhətləşmələr aparır. Modern.az-ın «Aykakan Jmanak» qəzetinə istinadən verdiyi məlumata görə, amerikan və britaniyalı ekspertlər S-300 zenit raket kompleksini və «Zemlya-Zemlya» raketlərini nəzərdən keçiriblər. Bu addım isə Moskvanın sərt reaksiyası ilə müşahidə olunub. Rusiya Ermənistan tərəfindən atılan addıma görə Ermənistandan izahat tələb edib. Diplomatik mənbələrin məlumatına görə Ermənistanın adıçəkilən addımı Rusiyaya zərbə kimi dəyərləndirilib.
Qeyd edək ki, məsləhət qrupu artıq bir neçə gündür ki, İrəvanda səfərdədir. Onlar artıq müdafiə naziri Seyran Ohanyanla görüş keçiriblər.