Avropa Şurasının Nazirlər Komitəsinin sədrlik edən Makedoniyanın xarici işlər naziri Antonio Miloşovski AŞPA-nın azərbaycanlı və erməni deputatların Dağlıq Qarabağ məsələsinin tənzimlənmə yolları ilə bağlı verdikləri suallara cavablandırıb.
Miloşovski bildirib ki, Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməlidir. Modern.az “ria.ru” saytına istinadən bildirir ki, Nazirlər Komitəsinin sədri qeyd edib ki, hər iki tərəfin hisslərini başa düşür. Miloşovski porblemin Minsk qrupu çərçivəsində müsbət həll ediləcəyinə ümidvar olduğunu deyib.