Modern.az

İlham Əliyev Heydərabad qəsəbəsində olub

İlham Əliyev Heydərabad qəsəbəsində olub

5 Oktyabr 2010, 16:49

Oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvana səfəri çərivəsində Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsində olub.
Qeyd edək ki, Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılıb. Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilib.

İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanılıb. Tikilən 16 yeni ev də sakinlərinə təqdim olunacaq. Yeni evlərin hər birinin ümumi həyətyanı sahəsi min kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulub.

Dövlət başçısı tikinti işlərinin gedişini əks etdirən fotostendə baxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə