Modern.az

80 ildən sonra Türkiyənin erməni məktəblərinə yeni kitablar paylanıb

80 ildən sonra Türkiyənin erməni məktəblərinə yeni kitablar paylanıb

5 Oktyabr 2010, 17:31

İstanbulda fəaliyyət göstərən erməni məktəblərinə son 80 ildə ilk dəfə olaraq yeni kitablar verilib. Modern.az “Hürriyət” qəzetinə istinadən bildirir ki, bu şəhərdə fəaliyyət göstərən erməni məktəblərinə 24 min kitab paylanıb. Yeni kitablara türk və ingilis dillərində SD-lər də əlavə edilib. Türkiyənin təhsil naziri Nimet Çubukçu 80 illik tabunu pozaraq erməni məktəbləri üçün xüsusi iczə olmadan bu kitabların paylanmasına razılıq verib.  Erməni məktəblərində kitablar 1930-cu ildən bəri yenilənməyib.

İstanbulda şagirdlərin azlığı üzündən erməni məktəblərinin əksəriyyəti bağlıdır. Bu şəhərdə 50 minlik erməni icmasının 16 məktəbi fəaliyyət göstərir. Onlardan iksi orta məktəbdir. Bu məktəblərdə 3000 məktəbli ilə 300 müəllim məşğul olur. Türkiyə ali məktəblərində erməni dili və ədəbiyyatı fakültəsi yoxdur və bu üzdən məktəblər cazibədarlığını itirmək üzrədir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə