Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan arasında telefon söhbəti olub. Modern.az erməni informasiya resurslarına istinadən bildirir ki, bu söhbət Semnebinin təşəbbüsü ilə baş tutub. Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresindən bidirilib ki, tərəflər oktyabrın 1-də keçirdikləri görüşdə müzakirə etdikləri məsələrin bəzi təfərrüatlarını dəqiqləşdiriblər.