ABŞ prezidenti Barak Obama növbəti kuryozla üzləşib. Prezident tribunada çıxış edən zaman ölkənin bir nömrəli şəxsinin rəsmi simvolu olan Prezident Gerbi tribunadan qopub yerə düşüb.
Modern.az-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, Obama bu xoşagəlməz situasiyadan baməzəliyi ilə çıxa bilib. ABŞ prezidenti deyib. “Qorxulu bir şey yoxdur. Onsuz da hamınız bilirsiniz ki, mən kiməm”...
Prezidentin bu zarafatı hamının ürəyindən olub və zala toplaşanlar xeyli gülüblər. Amma bir sıra dairələr bunun pis bir əlamət kimi xarakterizə ediblər.
Obama ilə bağlı bu ilk belə hadisə deyil. Bir il əvvəl prezident çıxışı oxuduğu telesuflyor qırılıb yerı düşübmüş. Bu ilin may ayında isə Obamanın çıxış etdiyi tribunın qarşısından siçan qaçmışdı