Modern.az

İlham Əliyev Minsk Qrupunun həmsədrlərini Naxçıvanda qəbul edib

İlham Əliyev Minsk Qrupunun həmsədrlərini Naxçıvanda qəbul edib

6 Oktyabr 2010, 15:40

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye və İqor Popov Bakıdan Naxçıvana yola düşüblər. Modern.az 1nevs.az saytına istinadən bildirir ki, onlar bu gün Naxçıvanda prezident İlham Əliyevlə görüşəcəklər.
Bu barədə ABŞ –n Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib. Prezidentlə görüşdən sonra həmsədrlər Yerevana gedəcək.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. (AzərTAc)

Dövlət başçısı ATƏT-in qiymətləndirici missiyasını Naxçıvan Muxtar Respublikasında salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirib və bu səfəri müsbət hal kimi dəyərləndirib.
Missiyanın fəaliyyətini alqışlayan Prezident İlham Əliyev 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə olarkən oradakı dağıntılar barədə hazırladığı məruzənin önəmini qeyd edib.
Qiymətləndirici missiyanın tərkibinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də daxil edilməsinin önəminə toxunan dövlətimizin başçısı missiyanın işğal olunmuş ərazilərə budəfəki səfərlərinin və müşahidələrinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, bu məruzədə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar və ümumiyyətlə işğalla bağlı faktların öz əksini tapacağına ümidvar olduğunu bildirib.
Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında olmalarından məmnunluq hissi ifadə ediblər və qiymətləndirici missiya çərçivəsində görüləcək işlər barədə dövlət başçısına məlumat veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə