Modern.az

Kəmaləddin Heydərov: “Neftin dənizə axıdılmasının qarşısının alınması üzrə Milli Plan hazırlanıb”

Kəmaləddin Heydərov: “Neftin dənizə axıdılmasının qarşısının alınması üzrə Milli Plan hazırlanıb”

6 Oktyabr 2010, 16:57

Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb. Modern.az-ın məlumatına görə, bu barədə Astanada keçirilən "KazEnergy" beşinci Avrasiya forumunda məruzə ilə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

"Hazırda Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb. FHN tərkibində ixtisaslaşdırılmış qəza-xilasetmə xidməti fəaliyyət göstərir və o, zəruri avadanlıqlar və kadr potensialına malikdir", - Kəmaləddin Heydərov deyib.

Azərbaycanın fövqəladə hallar nazirinin "Siyasət. Xəzər dövlətlərinin dəniz akvatoriyasının neft və texnogen çirklənməsinin qarşısının alınmasında əməkdaşlığı" məruzəsi ilə çıxışı beşinci Avrasiya enerji forumunun "Meksika körfəzindəki qəzanın dərsləri. Xəzər: texnogen risklərin azalması yolları" seksiyasında keçib.

Nazirin sözlərinə görə, Meksika körfəzindəki qəza ilə dünyaya verilən dərsləri nəzərə alaraq, qəza-xilasetmə əməliyyatlarının həyata keçirilməsi üzrə regional orqanın yaradılması zərurəti yaranıb.

"FHN tərkibində Xəzərdəki Qəza-Xilasetmə Xidməti beynəlxalq konvensiyalara uyğun kifayət qədər qüvvəyə malikdir və səlahiyyətli regional orqanın funksiyalarını yerinə yetirə bilər", - Heydərov deyib.

Lakin onun fikrincə, Xəzəryanı dövlətlərlə yanaşı, texnogen risklərin qarşısının alınması və aradan qaldırılmasında Xəzər regionunda çalışan iri neft hasilatı şirkətləri də maraqlı olmalıdırlar. 

Xatırladaq ki, 5-6 oktyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimovla görüşüb. Görüş zamanı iki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov, Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar əməkdaşlığın gücləndirilməsi barədə danışıv.

Daha sonra Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyində geniş tərkibdə görüş olmuşdur. Görüşdən sonra iki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərov "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalayıblar.

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə