Modern.az

Kamal Klıçdaroğlu: "Anam erməni də ola bilər.."

Kamal Klıçdaroğlu: "Anam erməni də ola bilər.."

6 Oktyabr 2010, 20:53

Türkiyədə bəzi dairələr ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğluna qarşı anasının erməni olduğu iddiası irəli sürülüb. Bu iddialar onun anasının adının Yemuş olmasından qaynaqlanıb. Modern.az-ın məlumatına görə, iradlardan təngə gələn CHP sədri “Vətən” qəzetinə açıqlama verməklə məsələyə aydınlıq gətirib

“Ananızın etnik mənşəyiylə əlaqədar iddialara cavabınız nədir” sualına K.Kılıçdaroğlu belə cavab verib:   “Mən bu sui-istifadələrin üzərinə getməyə başlayınca  bəziləri daha da şirniklənib barəmdə əlavə araşdırmalara girişirlər. Hətta bir gün anamı axtarıblar ki "adınız niyə Yemuş" deyə soruşunlar. Ailəmizə edilən zəngə bacım Fəridə cavab verib, onlara "xeyr biz müsəlmanıq" deyib”.

Belə sorğuların davam etməsindən hiddətlənən CHP lideri “bəli, anam erməni də ola bilər, kürd də, yunan da. Bu vəziyyətin başqa bir şəkildə sorğulanmasını doğru bilmirəm” deyə acıqlı halda bildirib. 

“Əslində anamın adını Yemuş deyil, Yemiş qoymaq istəmişlər. Amma əhali qeydiyyatı aparan məmur Yemuş yazmış. Anam, bacımla birlikdə Tuncelidə yaşayır. Arada telefonla danışırıq. O da belə əsassız iddialardan nigarandır, “aman oğlum, bu işlərə baş qoşma'” deyir, kədərlənir... Ona kədərlənməməsini söyləyib, atamın bir sözünü xatırladıram. Atam "oğlum siz doğru durun, əyri bəlasını tapar" deyərdi. Bunu mən həyatımın təməl fəlsəfələrindən biri olaraq mənimsədim. Həqiqətən doğru dayanmağa çalışıram, atamın bizə buraxdığı əxlaqi mirası davam etdirməyə çalışıram...”.

Modern.az    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə