Sən demə Ukrayna prezidenti Viktor Yanukoviçin şəxsi mühafizə dəstəsinin rəisi Rusiya vətəndaşı imiş - Vçeslav Zanevskiy. Modern.az-ın «Ukrayskaya pravda»ya istinadən verdiyi məlumata görə, Zanavskiy hələ 2008-ci ildə Yanukoviç müxalifətdə olanda onun yanında işə başlayıb.
Lakin rəsmi mənbələrdə prezidentin mühafizəçisi Ukrayna vətəndaşı Konstantin Kobzar qeyd olunur. Zanavskiy isə «prezidentin məsləhətçisi» rolunu oynayır. Zanavskiyin prezidentin iş otağının yanında yerləşən özünün şəxsi kabineti var.