Modern.az

Tələbələr Abdulla Gülü “AKP-ni istəmirik” şüarı ilə qarşılayıb

Tələbələr Abdulla Gülü “AKP-ni istəmirik” şüarı ilə qarşılayıb

7 Oktyabr 2010, 11:03

Türkiyə prezidenti Abdulla Gül İstanbulda yerləşən Yıldız Texniki Unversitetndə yeni dərs ilinin açılışına qatılarkən tələbələrin etitaz aksiyası ilə üzləşib. Modern.az “Posta” qəzetinə istinadən bildirir ki, prezident binaya daxil olan kimi bir qrup tələbə “pulsuz təhsil almaq istəyirik” şüarı ilə aksiyaya başlayıblar.

Polis dərhal aksiyaya müdaxilə edib və şüar qışqıran üç tələbəni həbs edib.  İki tələbə qızın saçından yapışaraq onları binadan çıxaran polisin bu hərəkəti digər tələbələr etirazla qarşılayıblar. Tələbələr kütləvi şəkildə “unversitet bizimdir”, “islamçılara burda yer yoxdur”, “AKP-ni məktəbimizdı görmək istəmirik” şüarları ilə aksiyaya dəstək veriblər.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə