Modern.az

Sabiq mer “prezidenti ağ yuyub, qara sərdi”

Sabiq mer “prezidenti ağ yuyub, qara sərdi”

Təhsil

8 Oktyabr 2010, 10:08


Moskvanın keçmiş meri Yuri Lujkov Rusiya prezidentini iynəli sözlərlə ittiham edib. Modern.az xəbər verir ki, CNN-nə müsahibəsində Y.Lijkov Rusiya prezidenti Dmitri Medvedevi ona nəzakətsizlikdə günahlandırıb. Yuri Lujkov prezidenti hakimiyyəti dövründəki fəlakətlərdə, terror hadisələrində günahlandırıb.

Yuri Lijkov deyib ki, D.Medvedevin istefasının istənilməsinə əsas 2012-ci il seçkilərinin yaxınlaşmasıdır. O, “onlar özlərinə hər dediklərini edəcək mer axtarırlar” deyib. Y.Lujkov həmçinin özünün müstəqil siyasət yeritdiyini və bunun prezidentə sərf etmədiyini vurğulayıb.

Keçmiş mer özünün fəaliyyətini qiymətləndirərək 2 onillik ərzində Moskvanı Rusiyanın ən modern şəhəri səviyyəsinə yüksəltdiyini bildirib.

Yuri Lujkov ona edilən ittihamlara da fikir bildirib. O, televizyada yayımlanmış rüşvət aldığı haqda iddiaların qurma olduğunu bildirib. Y.Lujkov televizyalarda ona qarşı yönəlmiş informasiyaların təxribat olduğunu deyib. O, bütün bunların onu və ailəsini xalqın gözündən salmaq üçün Rusiya höküməti tərəfindən düşünülmüş şəkildə təşkil olunduğunu vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə